Texniki problemlərinizi bizə həvalə edin
Kompüter, proqram, printer, e-poçt və internet problemlərini uzaqdan və ya yerində həll edirik. Problemdən narahat olmayın, texniki tərəfi bizə həvalə edin.
IT həllərə nələr daxildir
Əməkdaşlarınızın gündəlik texniki problemlərinin çoxu bu siyahıdadır.
-
Kompüter və proqram problemləri
Donan, yavaş işləyən və ya xəta verən kompüter və proqramların həlli.
-
Format və Windows quraşdırılması
Kompüterin təmiz qurulması, drayverlərin və lazım olan proqramların yazılması.
-
Microsoft Office quraşdırılması
Word, Excel, PowerPoint və Outlook quraşdırılması və aktivləşdirilməsi, sizin lisenziyanızla.
-
Printer və skaner
Qoşulma, çap xətaları və ortaq printerlərin qurulması.
-
E-poçt və hesablar
Poçtun qurulması, parolun bərpası, yeni hesabların açılması.
-
İnternet və Wi-Fi
Bağlantı problemlərinin araşdırılması və şəbəkənin qurulması.
-
Virus və təhlükəsizlik
Virusların təmizlənməsi, antivirusun quraşdırılması və yenilənməsi.
-
Yeni əməkdaşın iş yeri
Kompüterin, hesabların və proqramların işə hazır vəziyyətə gətirilməsi.
-
Fayl və ehtiyat nüsxə
Vacib faylların nüsxələnməsi, yeni kompüterə köçürülməsi və silinmiş faylların bərpası cəhdi.
Problemlərin uzaqdan həlli. Zərurət olduqda mütəxəssis tərəfindən yerində dəstək xidməti.
Necə işləyir
Sorğu göndərin
Problemi zəng, mesaj və ya aşağıdakı forma ilə bildirin.
Biz həll edirik
Sizin razılığınızla uzaqdan qoşulub problemi həll edirik.
Nəticəni bildiririk
Nə edildiyini sizə qısa şəkildə yazılı bildiririk.
Uzaqdan qoşulma necə olur
Problemi uzaqdan həll etmək üçün sizə AnyDesk proqramı lazımdır.
Bizimlə əlaqə saxlayın
Zəng edin, WhatsApp-da yazın və ya sorğu göndərin.
AnyDesk-i yükləyin
AnyDesk proqramını yükləyib açın.
Ünvanı bildirin
Proqramda görünən rəqəmli ünvanı (AnyDesk ID) mütəxəssisimizə deyin.
Qoşulmanı təsdiqləyin
Sorğu gələndə “Qəbul et” (Accept) düyməsinə basın. Sessiyanı istənilən vaxt dayandıra bilərsiniz.
Təhlükəsizlik üçün: AnyDesk ünvanını yalnız bizim mütəxəssislə danışdıqdan sonra bildirin.
Sorğu göndərin
Problemi qısaca yazın, tezliklə sizinlə əlaqə saxlayaq.
- Telefon
- +994 77 326 63 33
- E-poçt
- info@itloop.doppler.az
- Ünvan
- Bakı, Azərbaycan
- İş saatları
- Hərgün 08:00 – 22:00